Kiyev Avropadan 500 milyon avroluq kreditin birinci tranşını alıb

20220131 zaa u101 003 pic4 zoom 1500x1500 4735 1659368728.jpg

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Kiyev Avropa İttifaqından 500 milyon avro dəyərində makromaliyyə yardımının birinci tranşını alıb.

O, bu barədə Telegram kanalında məlumat verib. “Avropa İttifaqı Ukraynaya 1 milyard avroluq müstəsna makromaliyyə yardımı göndərib. Artıq 500 milyon avro məbləğində birinci tranş NBU-nun hesabına köçürülüb. İkinci tranşın sabah gəlməsini gözləyirik”, – Şmıqal yazıb.

Ukrayna Maliyyə Nazirliyi qeyd edib ki, bu pul dövlət büdcəsinin ilk ehtiyaclarının maliyyələşdirilməsinə sərf olunacaq və ölkədə maliyyə sabitliyinin qorunmasına kömək edəcək.