Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib

238567b9 55a3 386d 9b57 26957bc60115 850.jpg

Ukraynanın paytaxtı Kiyev şəhərində 55 ölkənin diplomatik nümayəndəlikləri fəaliyyətini bərpa ediblər.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında məlumat verib.

Çərşənbə günü (17 avqust – Red) prezident Qırğızıstan, Rumıniya, Belçika və İspaniya səfirlərinin etimadnaməsini qəbul edib.

Diplomatlarla görüşdə Zelenski diplomatik missiyaların tam hüquqlu işinin vacibliyini qeyd edib və xarici tərəfdaşları Ukraynaya dəvət edib. Eyni zamanda o bildirib ki, Kiyev onların təhlükəsizliyinə zəmanət verir.

May ayında Zelenski Ukraynada 37 səfirliyin fəaliyyətini bərpa etdiyini bildirmişdi.