Kiyevə “Kalibr” və “Kinjal” raketləri ilə hücum edilib

16869164605100258176 1200x630.jpg

Rusiya ordusunun Kiyevə güclü hücumu zamanı Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 12 raketi – 6 “Kalibr” və 6 “Kinjal” raketlərini vurub. Bundan əlavə, Rusiyaya məxsus iki PUA “endirilib”.

Bu barədə Avtor.az Ukrayna Hava Qüvvələri Komandanlığının spikeri, polkovnik Yuri İqnatın telemarafon zamanı səsləndirdiyi bəyanata istinadla xəbər verir.

“Təxminən 10 saat ərzində müxtəlif növ raketlərlə hücum olunub. İlkin məlumatlara görə, Qara dənizdəki gəmilərdən atılan 6 “Kalibr” raketi, həmçinin 6 “Kinjal” raketi uğurla vurulub. Yenidən aeroballistik raketlər ilk növbədə paytaxta hücum edib”, – deyə o bildirib.