Koloradoda 20 min insan təxliyə edilib

275d7fb2164843825612123435310194293.jpg

ABŞ-ın Kolorado ştatının Boulder şəhərində davam edən meşə yanğınlarına görə 20 min insan təxliyə edilib.

Yanğın şəhərin cənub hissəsindəki təpələrdə başlayıb və güclü külək səbəbilə böyüyüb. Hazırda yanğının yanğınsöndürən təyyarələrin də iştirakı ilə yaşayış yerlərindən uzaq tutulmasına və söndürülməsinə çalışılır.

Qeyd edək ki, dekabrın sonunda eyni bölgədə başlayan meşə yanğınlarında təxminən 1100 ev zərər görmüşdü.