Kolumbiyanın El Zuliya bələdiyyəsində şaxtada baş verən partlayış nəticəsində azı 12 şaxtaçı ölüb, daha üç nəfərin axtarışları davam edir.
Bu barədə ölkənin Mülki Müdafiə Departamenti Tvitterdə məlumat verib.
“Biz El Zuliyadakı “La Mestisa” mədənində xilasetmə əməliyyatına kömək etməyə davam edirik. İndiyə qədər xilasedici qrup 11 meyid çıxarıb”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl itkin düşmüş hesab edilən 6 şaxtaçının meyidinin tapılması barədə məlumat verilib. Partlayışdan dərhal sonra daha bir şaxtaçı yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.
Mədəndə partlayış mayın 30-da baş verib. Səlahiyyətli şəxslər mədəndə qazın yüksək konsentrasiyasının axtarış-xilasetmə əməliyyatına mane olduğunu bildirirl

