Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqinin qızı Darya Duqinanın qətlə yetirilməsindən sonra Kremldə təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə məlumatı öz mənbələrinə istinadən “Baza” yayıb.
Məlumata görə, indi Rusiya Prezidentinin administrasiyasının ərazisində daxil olan bütün avtomobillər diqqətlə yoxlanılır.
Bildirilir ki, hər bir avtomobilin yoxlanılmasına təqribən 2 dəqiqə tələb olunur. Bu səbəbdən, bu səhər prezident administrasiyasının qarşısında kiçik tıxaclar yaranıb.
Qeyd olunur ki, avtomobillər içərisində olan şəxsin vəzifəsindən asılı olmayaraq ciddi şəkildə yoxlanışdan keçirilir.
Administrasiya ilə yanaşı, digər dövlət qurumlarına da gücləndirilmiş tədbirlər barədə göstərişlər göndərilib.
Xatırladaq ki, 29 yaşlı Darya Duqinanın avtomobili avqustun 20-si partladılıb.





