Kremldən Baydenin sözlərinə cavab

1765074414 0 104 3082 1838 1920x0 80 0 0 d03e6f8617184d9a9fecc25eed459f25.jpg

Kreml ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə bağlı çıxışını “bağışlanmaz” adlandırıb.

Putinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında deyib:

“Dünyada yüz minlərlə insan bu ölkənin bombalarından dünyasını dəyişib. Bombaları dünyada yüz minlərlə insanın ölümünə səbəb olan dövlət başçısının belə ritorikasını qəbuledilməz və bağışlanmaz hesab edirik”.

Xatırladaq ki, Bayden Rusiya prezidentini “hərbi cinayətkar” hesab etdiyini bildirmişdi.