Kubanın qərbindəki Pinar-del-Rio əyalətinin Konsolasion-del-Sur yaşayış məntəqəsi yaxınlığında insanları daşıyan yük avtomobili aşıb.
Qəza nəticəsində azı 53 nəfər xəsarət alıb.
Bildirilir ki, bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan 5-nin vəziyyəti ağırdır.
Qəzanın səbəbi barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.

