Laporta Xavinin “Barselona”dakı gələcəyinə aydınlıq gətirdi

Fotojet 2023 12 19t095153.127.jpg

“Barselona” klubunun prezidenti Joan Laporta Kataloniya klubunun baş məşqçisi Xavi Ernandesin gələcəyi barədə danışıb.

Qeyd edək ki, bir sıra İspaniya KİV-ində 43 yaşlı məşqçinin tutduğu vəzifədən uzaqlaşdırılacağı barədə xəbərlər dərc olunub.

Öz növbəsində Joan Laporta Xaviyə güvəndiklərini və onunla yollarına davam edəcəklərini bildirib.

“Biz Xaviyə tam etibar edirik”, – deyə Joan Laporta vurğulayıb.
Qeyd edək ki, hazırda “Barselona” İspaniya çempionatının turnir cədvəlində 35 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider “Jirona”dan 9 xal geri qalır.

Mənbə: Barça Universal