Latviya Rusiya və Belarusun yük maşınlarını sərhədindən buraxmayıb

A7b23e6e164965087997285977410436198.jpg

Latviya sərhədçiləri Rusiya və Belarusa məxsus 152 yük maşınını ölkəyə buraxmayıb.

Latviya tərəfi bəyan edib ki, qərar Avropa İttifaqının yeni sanksiyalarının başlaması ilə əlaqədar həyata keçirilib.

Xatırladaq ki, bu həftə Aİ Rusiya və Belarusun avtomobil nəqliyyatı müəssisələrinə Aİ daxilində avtomobil nəqliyyatı ilə, o cümlədən tranzitlə malların daşınmasına qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyalar paketini təsdiqləyib.