Lavrov: ABŞ-ın nüvə silahlarının Avropada olması qəbuledilməzdir

0d9756dc161165561289992356810453917.jpg

ABŞ-ın nüvə silahlarının Avropada olması Rusiya üçün qəbuledilməzdir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Onları evə qaytarmağın vaxtıdır!”, – Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Rusiyada yerüstü orta və qısa mənzilli raketlərin olmadığını da əlavə edib.

Avropanın Rusiyaya qarşı sanksiyalarından danışan Lavrov deyib ki, Avropa İttifaqı ölkələri sanksiya yolunu seçərək üzbəüz vicdanlı dialoqdan qaçmağa çalışırlar.

Rusiya XİN başçısı qeyd edib ki, Ukrayna faciəsi orada yaradılmış cinayətkar rejimə qərbli himayədarlarının göz yummasının nəticəsidir.