Lavrov Çinə gedib

9a84a044164743267876057169810424110.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əfqanıstanla qonşu dövlətlərin nazirlər konfransında iştirak etmək üçün Çinə səfərə gedib.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında yazıb.

“Sergey Lavrov sabah Əfqanıstanın qonşu dövlətləri formatında xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi Çinin Tunsi şəhərinə gəlib. Bu gün isə xarici həmkarlar ilə ikitərəfli görüşlərə həsr olunacaq”, – deyə M.Zaxarova bildirib.