Lavrov sabah Özbəkistana səfər edəcək

5fcc629e165892573125315715010572694.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah, iyulun 28-də Özbəkistanın paytaxtı Daşkəndə səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

S.Lavrov Şanxay Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasına qatılacaq.

Səfər iki gün davam edəcək.