Lavrov Türkiyəyə gedir

1680179652 bez nazvaniya.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 6-7 aprel tarixlərində Türkiyəyə səfər edəcək.

Avtor.az “TRT Haber”ə istinadən xəbər verir ki, yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Lavrovun Türkiyə səfərinin gündəliyində Qarabağ mövzusunun da olacağını vurğulayıb. Bundan başqa, Suriya və Ukrayna məsələləri, eləcə də energetika məsələləri müzakirə olunacaq.