Lənkəranda 12 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

5c0fc1a6 12d2 4508 a508 5b87cd46b541 69c0ed26ba481

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb. Tədbirlər nəticəsində 38 yaşlı Fərid Kişiyev saxlanılıb. Ondan paytaxt ərazisindəki müxtəlif ünvanlara çatdırmaq üçün əldə etdiyi 12 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.