“Bavariya”nın futbolçusu Leon Qoretska və Manuel Noyerin koronavirus testi müsbət çıxdıqdan sonra onlar Almaniya millisini heyətini bir müddətlik tərk ediblər.
Bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidmətindən bildirilib.
“Çərşənbə günü səhər Noyer və Qoretskanın koronavirus testi müsbət çıxıb. Futbolçular təcrid olunublar və komandanın otelini tərk edəcəklər.
Müsbət testlərlə əlaqədar milli komandanın həkim briqadası sürətli antigen testləri keçirib. Hər iki oyunçu ilə təmasda olan şəxslər yaxın günlərdə gündəlik yoxlanılacaqlar”, – deyə açıqlamada deyilir.
Qeyd edək ki, Manuel Noyer futbol üzrə Almaniya millisinin kapitanıdır.




