Liz Trass və Kral III Çarlz Bukinqem Sarayında görüşüb

5103c358166273787799052466710239264.jpg

Böyük Britaniyanın Baş naziri Liz Trass Kraliça II Elizabetin ölümündən sonra Bukinqem Sarayına gəlib.

Baş nazir Bukinqem Sarayında Kral III Çarlzla ilk görüşünü keçirib.

Qeyd edək ki, o, dünən axşam “Downing Street”in qarşısında çıxış etdikdən sonra Çarlzla telefonla danışıb. Onlar indi dövlət məsələlərini müzakirə etmək üçün çərşənbə axşamları Sarayda həftəlik görüş təşkil edəcəklər.