Lopeteqininin yeni klubu rəsmiləşdi

51da85a317164641927503972921093886.jpg

Xulen Lopeteqi “Vest Hem”in baş məşqçisi təyin olunub.

Bu barədə İngiltərə klubunun saytı məlumat yayıb. O, istefaya göndərilən David Moyesi əvəzləyib.

X.Lopeteqi peşəkar karyerasına “Rayo Valyekano”da başlayıb. Daha sonra 54 yaşlı mütəxəssis “Kastilya”, İspaniyanın gənclərdən ibarət komandaları, İspaniyanın əsas milli komandası, “Portu”, “Real”, “Sevilya” və “Vulverhempton”da baş məşqçi olub.