Maks Ferstappen Formula 1 Kanada Qran-Prisinin qalibi oldu

66cf2135165492908088986731210716858.jpg

“Red Bull” komandasından niderlandlı Maks Ferstappen Formula 1 Kanada Qran-Prisinin qalibi oldu. Bu, Ferstappenin cari çempionatda altıncı qələbəsidir.

Monrealda keçirilən yarışda ikinci yeri “Aston Martin” komandasından ispan Fernando Alonso, üçüncü yeri “Mercedes”dən britaniyalı Luis Hamilton tutub.