Türkiyənin Malatya vilayətində yenidən zəlzələ qeydə alınıb.
Bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Doğanşehir rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

