“Mançester Siti” yeni rekorda imza atıb

Ca0952c7 08d9 3e25 9378 3f3b871a61c3 850.jpeg

“Mançester Siti” İngiltərə Premyer Liqasında ardıcıl 31-ci matçı məğlubiyyətsiz başa vuraraq klub rekorduna imza atıb.

Avtor.az xəbər verir ki, “şəhərlilər” bu nailiyyəti “Vulverhempton”la oyunda əldə edib.

Belə ki, görüş 2:1 hesabı ilə başa çatıb. Yoşko Qvardiol və Con Stounz dəqiq zərbələrlə fərqləniblər.

“Vulverhempton”un heyətində isə Strand Larsen yeganə qola imza atıb. “Mançester Siti” qələbə qolunu ikinci hissənin əsas vaxtında vurub.

“Mançester Siti” növbəti turda “Sauthempton”la qarşılaşacaq, görüş oktyabrın 26-da baş tutacaq.