Marselo: “Olimpiakos”a kömək etmək üçün buradayam

169582a7166244422878275146510209483.jpg

“Komandaya güc qatmaq və fədakarlıqla kömək etmək üçün buradayam”.

Bunu “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”unun yeni transferi Marselo təqdimat mərasimində deyib.

34 yaşlı yarımmüdafiəçi tribunalardakı azarkeşlərə təşəkkür edib.

Braziliyalı ulduz oyunçu Prey təmsilçisinə keçdiyi üçün xoşbəxt olduğunu söyləyib.

Qeyd edək ki, Marselo “Olimpiakos”la 1+1 illik müqavilə imzalayıb. Onun təqdimat mərasimini 25 000 azarkeş tribunadan izləyib. “Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. G qrupunda həmçinin Almaniyanın “Frayburq” və Fransanın “Nant” komandaları da yer alıb.