Kürdəmirdə kanala düşən avtomobil sudan çıxarılıb.
Rayonun Sor-Sor kəndi ərazisində idarəetmədən çıxaraq Şirvan su kanalına düşən “Toyota” markalı minik avtomobili FHN-nin əməkdaşları tərəfindən kanaldan çıxarılıb, maşının içərisində meyit aşkarlanıb. Meyiti tapılan şəxsin Rusiya vətəndaşı, 27 yaşlı Nimanikin Vadim Andreyeviç olduğu bildirilir. Meyiti aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.





