Məğlubiyyət CHP sədrinin tarazlığını pozub

1684394001 recep tayyip erdogan aa 2031707.jpg

Parlament seçkilərinin “Millət İttifaqı”nın qələbəsi ilə nəticələnməsi, prezident seçkilərində ciddi fərqin olması CHP sədrinin və onun idarəçiliyinin tarazlığını pozub.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün sosial media hesablarında yazıb.

O qeyd edib ki, müxalifət səsini qazana bilmədiyi vətəndaşlara qarşı insani dəyərlərə sığmayan hücumlar edir.

“Bu dairələr zəlzələ bölgəsinə göndərdikləri yardımı kəsməkdən tutmuş, zəlzələ qurbanlarını otellərdən qovmağa qədər hər cür vicdansızlıq nümayiş etdirirlər. Sosial şəbəkələrdəki çirkin kampaniyaları demirəm…”, – deyə Ərdoğan bildirib.

Türkiyə liderinin sözlərinə görə, zəlzələ qurbanları baş verənlərdən çox narahatdırlar.

“Biz zəlzələ qurbanlarını yanında olmağa davam edəcəyik”, – o vurğulayıb.