Məhkəmə Trampı təqsirli bildi

1683662438 gettyimages 1244596728 12 650x410.jpg

Manhetten federal məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı yazıçı və jurnalist Jen Karrolla təcavüz cəhdi işində təqsirli bilib.

Bu barədə CNN məlumat yayıb.

Manhetten federal münsiflər heyəti Donald Trampın 1996-cı ilin yazında univermağın soyunub-geyinmə otağında Kerrolla cinsi təcavüz etdiyini müəyyən edib.

ABŞ-ın keçmiş prezidenti qurbana 2 milyon dollar təzminat ödəməli olacaq.