Məktəblərdə bu saç düzümü qadağan edildi

Whatsapp image 2025 08 22 at 18.04.19.jpg

El Salvadorda dövlət məktəblərində “Edgar” saç düzümünə qadağa qoyulub.

E-huquq.az xəbər verir ki, bu barədə ölkə prezidenti Nayib Bukelenin administrasiyası məlumat yayıb.

“El Salvador Təhsil Nazirliyi məktəbdə nizam-intizam qaydalarının tətbiq edilməsini əmr edib. Buraya tələbələrdən təmiz forma geyinmələri, səliqəli saç kəsmələri və hörmətli davranış nümayiş etdirmələri kimi tələblər daxildir. Bu qaydalara əməl etməyən idarəçilər cəzalandırılacaq”, – prezident bildirib.

Qeyd edək ki, Texas və Nyu-Meksikoda qəbilə kişiləri 1500-1700-cü illər arasında oxşar saç düzümü istifadə edirdilər. “Qanster mədəniyyəti” ilə əlaqəli olan bu saç düzümü ölkədə gənclər tərəfindən simvol kimi bəyənilir.