Məşhur müğənni vəfat etdi

1690400241 sinead oconnor getty 2083789 2.jpg

Məşhur irlandiyalı müğənni Sinead Okonnor vəfat edib.

O, 56 yaşında dünyasını dəyişib.

Müğənninin ölüm səbəbi hələlik məlum deyil.

Okonnor 1990-cı ildə “Nothing Compares 2 U” albomu ilə dünya şöhrəti qazanıb. Onun ifa etdiyi mahnıya çəkilən klip 90-cı illərin ən məşhur videolarından biridir.

Müğənni 8 dekabr 1966-cı ildə Dublində anadan olub. Səkkiz yaşında valideynləri tərəfindən fiziki zorakılığa məruz qalıb. O, 15 yaşında mağazadan oğurluq etdiyi üçün uşaq evinə düşüb. Məhz uşaq evində musiqi yazmağa başlayıb.