Məşhur şirkət 5 min nəfəri işdən çıxardı

1680719655 motors.jpeg

ABŞ-ın məşhur “General Motors” şirkəti xərclərin azaldılması tədbirləri çərçivəsində işçi qüvvəsini 5000 nəfər azaldacaq.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, şirkət işçilərə kompensasiya təklif edəcək.

Şirkətin icraçı direktoru Paul Jacobson deyib ki, ixtisarlar işçi qüvvəsinin 6%-nə təsir edəcək, nəticədə 1 milyard dollara qənaət ediləcək.

Bundan əvvəl Biznes İqtisadiyyatı üzrə Milli Assosiasiya (NABE) bildirmişdi ki, ABŞ şirkətlərinin təxminən 20%-i iqtisadi vəziyyətin pisləşməsi səbəbindən işçilərini ixtisar edə bilər.