Messi 400 milyonluq təklifdən imtina etdi

1680753328 16807416585576435980 367x266.jpg

Lionel Messi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməkdən imtina edib.

Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilib ki, “Əl-Hilal” PSJ-nin hücumçusuna illik 400 milyon avrodan yüksək maaşla müqavilə təklif edib. Lakin argentinalı forvard təklifi qəbul etməyib.

Məlumata görə, hücumçu ilə sabiq klubu “Barselona” da danışıqlar aparır.

Qeyd edək ki, Messinin Paris klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.