Metroda nasazlıq yarandı – Sərnişinlər düşürüldü

1691556565 1426b9f4 f421 3da1 bbd5 71300e41c8e1 850.jpg

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər “Ulduz” stansiyasında düşürülüb.

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Qeyd olunub ki. qatar ən yaxın yoxlama məntəqəsi kimi “Nərimanov” elektrik deposuna yola salınıb. Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb.

Həmin qatarın əvəzinə xəttə qatar verilib.