Metroda telefonla ödəniş edə biləcəyik – YENİLİK

1687246758 424f2d30 6614 367a aef8 ae837d625d80 850.jpg

Bakı metropoliteninin iki stansiyasında avtobuslarda nağdsız ödəniş üçün hazırlanan yeni mobil tətbiqin QR kodu vasitəsilə ödənişin tətbiqi nəzərdə tutulur.

Bunu “K Group” MMC-nin (“BakıKart”ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır. Tətbiqin QR kodu ilkin olaraq təzə stansiyalarda mümkün olacaq.

O. Bayramov qeyd edib ki, avtobuslarda tətbiq vasitəsilə ödəniş isə tam istifadəyə veriləndən sonra həyata keçiriləcək.