Meymunçiçəyinə qarşı dərman aşkarlandı

Cf98f161165345260849924515110001106.jpg

ABŞ-da hazırlanmış çiçək xəstəliyinə qarşı tekovirimat preparatı meymunçiçəyi ilə mübarizə üçün uyğun vasitə olduğu aşkarlanıb.

Bu barədə “Lancet” elmi nəşri yazır.

“Həmkarlarımız bu meymunçiçəyi epidemiyasının yayılmasının səbəblərini araşdırmağa çalşdığı müddətdə, biz bu xəstəliklə mübarizə üçün keçmişdə hansı antiviral dərmanların istifadə olunduğu ilə maraqlandıq”, – Böyük Britaniyanın Liverpul Universitetinin elmi işçisi Hyu Adler deyib.

O, qeyd edib ki, 2018-2021-ci illər üzrə məlumatların təhlilinin nəticələrinə əsasən, iki əsas dərman – brincidofovir və tekovirimat müəyyən edilib. Birinci dərman suçiçəyi ilə mübarizə üçün, ikincisi isə ABŞ-da hökumətin bioloji silah təhlükəsi ilə mübarizə proqramına uyğun olaraq yaradılmışdır.

Tekovirimat insan çiçək virusunun replikasiyasını dəf etməyi bacardığı halda, brincidofovir isə o qədər də effektiv vasitə olmadığı üzə çıxıb. Alimlər hesab edirlər ki, daha az təhlükəli olan meymunçiçəyi də tekovirimat preparatı ilə müalicə olunacaq.