Mikroavtobus dərəyə aşıb – xəsarət alanlar var

Qezaavtobus3.jpg

Qusarda sərnişin daşıyan mikroavtobus aşıb.

Qusardan Xürel kəndinə gedən marşrut üzrə hərəkətdə olan mikroavtobus Avaran kəndi ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 15 nəfərdən 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.