“Milan”a keçməkdən imtina etdi

2715518c164363040022254553410522489.jpg

“Milan” “Lill”in futbolçusu Renatu Sançeşi transfer edə bilməyib.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi A seriyası təmsilçisində oynamaq istəməyib. Klublar arasında danışıqlar yekunlaşmaq üzrə olsa da, Renatu bu variantdan imtina edib. Milanlılar ona görə “Lill”ə 25 milyon avro ödəməyə razılaşmışdı.

Qeyd edək ki, Renatu 2019-cu ildən Fransa klubunda oynayır.