Millətlər Liqasında III tura start veriləcək

E430ad64159920255579189618010953901.jpg

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində III tura start veriləcək.

Avtor.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D Liqalarında ümumilikdə 9 qarşılaşma oynanılacaq.

A Liqasının 2-ci qrupunda Portuqaliya Çexiyanı, İsveçrə İspaniyanı qəbul edəcək. İlk iki turdan sonra Portuqaliya və Çexiyanın 4, İspaniyanın 2 xalı var, Hər iki görüşdə məğlub olan İsveçrənin isə xalı yoxdur.

B Liqasının 4-cü qrupunda Sloveniya Norveçin, Serbiya İsveçin qonağı olacaq. İki qarşılaşmada maksimum nəticə göstərən Norveç liderdir. İsveç və Serbiya 3 xala malikdir. Sloveniya isə hər iki matçda uduzub.

UEFA Millətlər Liqası

III tur

A Liqası

2-ci qrup

22:45. Portuqaliya – Çexiya

22:45. İsveçrə – İspaniya

Xal durumu: Portuqaliya – 4, Çexiya – 4, İspaniya – 2, İsveçrə – 0.

B Liqası

4-cü qrup

22:45. Norveç – Sloveniya

22:45. İsveç – Serbiya

Xal durumu: Norveç – 6, Serbiya – 3, İsveç – 3, Sloveniya – 0

C Liqası

2-ci qrup

22:45. Kosovo – Şimali İrlandiya

22:45. Yunanıstan – Kipr

Xal durumu: Yunanıstan – 6, Kosovo – 3, Şimali İrlandiya – 1, Kipr – 1

4-cü qrup

22:45. Cəbəllütariq – Bolqarıstan

22:45. Şimali Makedoniya – Gürcüstan

Xal durumu: Gürcüstan – 6, Şimali Makedoniya, Bolqarıstan – 1, Cəbəllütariq – 0

D Liqası

2-ci qrup

22:45. Malta – Estoniya

Xal durumu: Malta – 3 (1 oyuna), Estoniya – 3 (1 oyuna), San Marino – 0 (2 oyuna)