Milli Olimpiya Komitəsi başsağlığı verdi

Fb img 1759912932572

Milli Olimpiya Komitəsi başsağlığı verib.

Redaksiya xəbər verir ki, başsağlığında deyilir:

Azərbaycan idman ailəsi üçün ağır itki…

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov uzun sürən xəstəlikdən sonra 52 yaşında vəfat edib.

O, ölkəmizin Olimpiya Hərəkatının inkişafında, beynəlxalq yarışlarda və layihələrdə mühüm rol oynayıb, MOK-un və Milli Paralimpiya Komitəsinin fəaliyyətinə dəyərli töhfələr verib.

Allah rəhmət eləsin.