Millimizin hücumçusu İsveç klubunda ilk qolunu vurdu

1692819143 16928113582015118316 367x266.jpeg

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında ilk qolunu vurub.

21 yaşlı hücumçu ölkə kubokunda “Sandviken”ə qarşı keçirilən oyunda fərqlənib.

Səfər görüşünün 12-ci dəqiqəsində rəqib qapısına yol tapan gənc forvard komandasının ikinci qolunun müəllifi olub.

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan qarşılaşmada qonaqlar hesabda öndədirlər – 2:1.