Mina partlayışı ilə əlaqədar cinayət işi açıldı

1689268454 64030ac6e345e64030ac6e345f167792096664030ac6e345c64030ac6e345d 2.jpg

Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

“Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyulun 13-ü saat 20 radələrində 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində mina partlayışı nəticəsində ayağından xəsarət alması faktı üzrə Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır”, – məlumatda qeyd olunub.