Minatəmizləmə Agentliyi sığortaçı seçir

1645429756 805f5787 a332 3ced a49f 0443da209f5e 850.jpg

Minatəmizləmə Agentliyi işçilərinin tibbi və fərdi qəza sığortası üçün təkliflər sorğusu elan edib.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini martın 4-ü, saat 18:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 260 ünvanına təqdim edə bilərlər.

Xatırladaq ki, ANAMA ölkə prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanı əsasında Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin bazasında yaradılıb, publik hüquqi şəxsdir.