Mirzoyan Lissabona gedir

1689242700 thumb.jpg

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 13-14-də Portuqaliyanın paytaxtı Lissabonda rəsmi səfərdə olacaq.

Bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd olunub ki, nazir portuqaliyalı həmkarı ilə, eləcə də deputatlarla görüşəcək.

O, həmçinin “Kalust Gulbenkyan Fondu”na baş çəkəcək.