Mişel hadisələri Rusiyanın daxili işi adlandırdı

1687601007 1665834057 5523326.jpg

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Rusiyada baş verən hadisələrə münasibət bildirib.

Bu barədə siyasətçi tviter səhifəsində paylaşım edib.

“Rusiyada hadisələrin inkişafını yaxından izləyirik. Avropalı liderlər və G7 müttəfiqləri ilə təmas halındayıq. Bu, aşkar surətdə Rusiyanın daxili məsələsidir. Ukraynaya və Zelenskiyə dəstəyimiz sarsılmazdır”, – o qeyd edib.