Mişel Paşinyan və Əliyevi Brüsselə dəvət etdi

1696539159 michel ap 2119238.jpg

Bu ay Avropa İttifaqının (Aİ) ev sahibliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək.

Bunu Aİ Şurasının Prezidenti Şarl Mişel “France-Presse”ə açıqlamasında deyib.

O bildirib ki, Brüsseldə baş tutacaq görüşlə bağlı tərəflər artıq məlumatlandırılıb.

“Mən hər iki lideri oktyabrın sonunadək Brüsselə dəvət edəcəyim barədə məlumatlandırmışam”, – Mişel bildirib.