Moldova – Azərbaycan oyununun vaxtı dəqiqləşdi

1666171459 6c18ee56 b716 3a93 aa44 1018baff6442 850.jpg

Futbol üzrə Moldova və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq matçının dəqiq vaxtı bəlli olub.

Avtor.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 16-da Kişineudakı “Zimbru” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə üz-üzə gələcək.