Monqolustanda nazirliyin dəstəyi ilə Alpaqut Seminarı keçiriləcək

Img 20250421 wa0082 4.jpg

Yaxın günlərdə Monqolstan Alpaqut Assosiasiyası (MAA) Monqolstan İdman Nazirliyi ilə birlikdə məşqçilər və hakimlər üçün seminar təşkil edəcək. Bu barədə MAA prezidenti Bayanbat Davaadalai məlumat verib.

Redaksiya-ya Dünya Alpaqut Federasiyasının (DAF) Monqolstan nümayəndəliyindən verilən məlumata görə, Bayanbat Davaadalai 2025-ci ilin ilk günlərində rəsmi nümayəndəlik statusunu aldıqdan sonra, fevralın 2-də MAA-nın dövlət qeydiyyatını uğurla başa çatdırıb.

Qeyd edək ki, DAF-ın dünya üzrə 58 ölkədə rəsmi və müvəqqəti nümayəndəlikləri mövcuddur. Rəsmi nümayəndəliklərin üstünlük təşkil etdiyi bu təşkilatın dünyada 10 ölkədə artıq qeydiyyatdan keçmiş rəsmi federasiya və ya assosiasiyaları fəaliyyət göstərir.

DAF dünya miqyasında genişlənməsini sürətlə davam etdirir, nüfuzlu beynəlxalq idman təşkilatları ilə əməkdaşlıqlar qurur. Azərbaycan mərkəzli olan DAF, türk dünyasının idmanının, xüsusilə Alpaqut Turan döyüş sənətinin dünyada tanınması istiqamətində fəaliyyət göstərir.

Fərid Əlizadə