Fövqəladə vəziyyət elan edilib

4c74361e 7b8f 3bf7 a4fc 03796cb93615 850.jpg

Monqolustanın paytaxtı Ulan-Batorda fövqəladə vəziyyət elan edilib.

Parlament hökumətin Ulan-Batorda fövqəladə vəziyyət elan etmək təşəbbüsünü dəstəkləyib.

Qeyd edək ki, Monqolustanın paytaxtı Ulan-Batorda 3 gündür etiraz aksiyaları keçirilir. Aksiyalar nəticəsində 4-ü hökumət sarayını təhlükəsizlik xidmətinin əməkdaşı omaqla 6 nəfər yaralanıb. Aksiyaların başlamasına səbəb daş kömürün oğurlanaraq Çinə tədarük edilməsi göstərilir. Bildirilib ki, indiyədək 12,9 milyard dollarlıq da kömür oğurlanıb. Etirazçılar bu cinayət əməlində korrupsiyaya bulaşmış məmurları ittiham edirlər.