Monteneqro Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır

B6705bd7 89c1 3f11 B9d0 C6af72e8a2b0 850.jpeg

Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Yakov Milatoviçi Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.