Moped sürən 21 yaşlı qızın faciəvi sonu

1682921105 644f4ff068227644f4ff0682281682919408644f4ff068225644f4ff068226.jpg

Bakıda qəza zamanı mopeddən yıxılan qız həyatını itirib.

Modern.az xəbər verir ki, aprelin 26-da Xətai rayonu, Zığ yolu küçəsində naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızı idarə etdiyi mopeddən yıxılaraq qapalı kəllə-beyin travması alıb. O, 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Ötən gün həkimlərin səyinə baxmayaraq Eliza Həsənova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlayıb.