Moskva yaxınlığında iki PUA vurulub

News 20230821102620.jpg

Rusiya ordusunun hava hücumundan müdafiə (HHM) qüvvələri paytaxt Moskva yaxınlığında Ukrayna ordusuna məxsus iki pilotsuz uçuş aparatı (PUA) vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, dağıntı, tələfat və itki yoxdur.

Xatırladaq ki, Moskvanın Vnukovo və Domodedovo hava limanları bu gün səhər saatlarından etibarən PUA hücumu ehtimalı səbəbindən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün fəaliyyətlərini məhdudlaşdırıblar.