NATO Bakıda Azərbaycan hərbçilərinə təlim keçir

1668088829 c762f94d a876 3c95 be8f ddd8872b293f 850.jpg

NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən Hərbi İdarəetmə İnstitutunda “NATO-da operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” təlim kursu keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin ilk günündə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçularımıza mobil təlim qrupunun nümayəndələri tərəfindən “NATO və hərbi əməkdaşlıq”, “NATO-da əməliyyatların planlama prosesi”, “NATO-da əməliyyatların qiymətləndirilməsi”, “NATO-da əməliyyatların analiz sistemləri” və digər mövzularda brifinqlər təqdim olunub.

Noyabrın 12-dək davam edəcək kursda iştirak edən dinləyicilərə aidiyyatı mövzular barədə məlumatlar veriləcək və müxtəlif məşğələlər təşkil ediləcək.