Naxçıvan əhalisinin sayı artıb

A9cf6fee 9eed 398b A6ff 398a250ef239 850.jpg

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı 0,6 faiz artıb.

“Report”un yerli bürosuna bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, 1 aprel 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2 min 780 nəfər və ya 0,6 faiz artaraq 469 min 061 nəfər olub.